[b]“Qəbələ” ilk sınaqdan bərabərliklə ayrıldı - YENİLƏNİB[/b]
10.01.2018 - 19:53
[b]“Qəbələ” ilk sınaqdan bərabərliklə ayrıldı - YENİLƏNİB[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, qış hazırlıqları çərçivəsində baş tutan qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olub.

 

Roman Qriqorçukun yetirmələri Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşüblər. 
 

Qarşılaşma Bələkdəki “Rixos Premium” otelinin meydançasında baş tutub.

 

Maraqlı və bərabər mübarizə şəraitində keçən oyunda hesab 17-ci dəqiqədə açılıb. Akhisar təmsilçisinin legioneri Serjinyo fərqlənib. Qarşılıqlı hücumlarla davam edən ilk yarıda hesab dəyişməyib. Matçın fasiləsində hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib.

 

Oyunun gedişində “Qəbələ”də Vitali Vernidub, Elvin Camalov, Elvin Məmmədov, Təmkin Xəlilzadə, Kalke Vercilio, İlqar Qurbanov, Yusif Nəbiyev, Alen Askerov, Hacıağa Hacılı və Rasim Ramaldanov da oyuna daxil olublar. İkinci hissənin əvvəllərində “Qəbələ” qol sevinci yaşayıb. Filip Ozobiç 57-ci dəqiqədə hesabda tarazlıq yaradıb. Bu, həm də matçın yekun nəticəsi olub. 

 

Beləliklə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq prosesində baş tutan ilk yoxlama oyunu 1:1 hesabı ilə başa çatıb.

Yoxlama oyunu
10 yanvar

“Akhisar Bələdiyyəspor” (Türkiyə) – “Qəbələ” (Azərbaycan) - 1:1

Qollar: Serjinyo, 17 - Filip Ozobiç, 57

“Qəbələ”nin start heyəti: 35. Murad Popov, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 34. Ürfan Abbasov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 45. Famussa Kone

Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası

0