[b]“Rəqibin zəif nöqtələrini bilirik” – Dioqo Leyte[/b]
14.05.2016 - 14:45
[b]“Rəqibin zəif nöqtələrini bilirik” – Dioqo Leyte[/b]

“Avropa çempionatının qrup mərhələsində keçirdiyimiz 3 oyunda 7 qol vurub, qapımızdan top buraxmamışıq. Bu, çox yaxşı göstəricidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Dioqo Leyte deyib.

 

Bakıda keçirilən U-17-lərin Avropa çempionatında yığmamızla birgə mübarizə apardığı qrupun birincisi kimi ¼ finala adlayan Portuqaliya millisi bu gün növbəti sınağına çıxacaq.

 

Elio Souzanın yetirmələri yarımfinala adlamaq üçün Avstriyanı mübarizədən kənarlaşdırmalıdılar.

 

Portuqaliya Futbol Federasiyasına açıqlama verən Leyte oyunöncəsi fikirlərini bölüşüb. “Portu”nun müdafiəçisi çətin rəqiblə üz-üzə gələcəklərini bildirsə də, sona qədər irəliləmək fikrində olduqlarını vurğulayıb: “Əlimizdən gələni edirik və əsl gücümüzü göstərmək istəyirik. Sübut edəcəyik ki, qrup birincisi olmağımız təsadüfi deyil. Avstriya ilə oyun daha çətin keçəcək. Bunu dərk edirik. Lakin geri çəkilmək fikrində deyilik. Əvvəlki 3 görüşdə etdiklərimizi bu dəfə də təkrarlamağa çalışacağıq. Rəqibi təhlil etmişik. Avstriya yığması bir neçə oyun üslubunda çıxış etməyi bacarır. Rəqibimiz çox keyfiyyətli komandadı. Lakin zəif nöqtələrini də bilirik və çalışacağıq ki, həmin boşluqlardan istifadə edək”.

 

Qeyd edək ki, Portuqaliya – Avstriya matçı bu gün saat 15:00-da keçiriləcək.  

0