Yanvarın 20-də Türkiyəyə yollanacaq “Səbail” fevralın 2-dək Antalyada təlim-məşq toplanışı keçəcək. Apasport.az saytı klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Miracle Lara Hotel”də məskunlaşacaq Bakı təmsilçisi qardaş ölkədə 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Sparrinq rəqiblərdən üçünün adı və oyunların keçirilmə tarixi dəqiqləşib.
Yanvarın 23-də Odessa “Çernomorets”i ilə qarşılaşacaq “Səbail” 3 gün sonra Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək. Yanvarın 29-da isə Plovdiv “Lokomotiv”i ilə yoxlama matçı baş tutacaq.
Qeyd edək ki, oyunların saatları və digər rəqibin adı hələ dəqiqləşməyib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA