[b]“Səbail” legionerini itirdi[/b]
06.04.2018 - 18:06
“Səbail” ciddi itki ilə üzləşib. Klubdan apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi Yevgeni Koçukun xidmətindən məhrum olub.
Moldovalı legioner məşqdə zədələnib. Buna görə də 24 yaşlı futbolçu Premyer Liqanın XXII turunda “Qarabağ”a qarşı forma geyinə bilməyəcək. Bu oyundan sonra yarımmüdafiəçi təkrar müayinədən keçəcək. Əgər həkimlər icazə verərsə, Koçuk “Qəbələ” ilə matçın hazırlığına qatılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Səbail” görüşü sabah keçiriləcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0