[b]“Sübut etdik ki, istəyəndə qələbə qazanırıq” - Konte[/b]
06.11.2017 - 10:17
[b]“Sübut etdik ki, istəyəndə qələbə qazanırıq” - Konte[/b]

“Bizim üçün vacib qələbədi. “Mançester Yunayted”lə görüş həmişə çətin keçir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan London klubu İngiltərə Premyer Liqasının XI turunda “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gəlib.

 

Matçdan sonra fikirlərini bildirən Konte vacib qələbə qazandıqlarını deyib. O, cari mövsümdə üzləşdikləri problemlərin artıq geridə qaldığını əlavə edib: “Qarşılaşdığımız bütün rəqiblərin gücünü yaxşı bilirik. Bu qələbə futbolçularda özünəinam hissini artıracaq. Qalib gəlmək və ya uduzmaq olar. Əsas odu ki, bütün matçlarda sona qədər mübarizə aparasan. Ötən mövsüm hər oyunda xarakter nümayiş etdirdik. Cari mövsümə isə bir çox problemlə başladıq. Ancaq həmin günlər geridə qaldı. Sübut etdik ki, istəyəndə qələbə qazanırıq”.

 

Qeyd edək ki, “Çelsi” noyabrın 22-də “Qarabağ”ın qonağı olacaq.

0