Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” hazırlıqları bərpa edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün məşqə çıxmaqla Premyer Liqanın XV turunda “Zirə” ilə baş tutacaq matçın hazırlığına start verib.
Komanda tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək və saat 16:00-da start götürəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA