[b]“Sumqayıt”dan tək məşq[/b]
02.02.2018 - 14:09
[b]“Sumqayıt”dan tək məşq[/b]

“Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda hazırlıq prosesinin 12-ci gününü bir məşqlə başa vurub.

 

Səhər baş tutan hazırlıq prosesində Samir Abasovun yetirmələri taktiki gedişlər, qısa ötürmələr və müxtəlif tapşırıqlar üzərində çalışıb. Məşqə iki tərəfli oyunla yekun vurulub.

 

Qeyd edək ki, "Sumqayıt" sabah Türkiyədə son yoxlama oyununa çıxacaq. Komanda Serbiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.