[b]“Sumqayıt”ın son matçı nə vaxt olacaq?[/b]
02.02.2018 - 15:19
[b]“Sumqayıt”ın son matçı nə vaxt olacaq?[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” sabah son yoxlama görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Mladost”la üz-üzə gələcək.

 

Serbiya təmsilçisi ilə qarşılaşmanın saatı da müəyyənləşib. Belə ki, Samir Abasovun yetirmələri Bakı vaxtı ilə 16:00-da meydana çıxacaqlar.

 

Qeyd edək ki, bu, “Sumqayıt”ın Antalya toplanışı çərçivəsində 4-cü matçı olacaq. “Kimyaçılar” ilk 3 görüşdə “Konkordiya” (Rumıniya - 0:1) və “Anji”yə (Rusiya - 0:1) minimal hesabla uduzub, “Akademiya Pandev”lə (Makedoniya - 1:1) isə bərabərə qalıb.