[b]“Uşaq səhvlərindən qollar buraxdıq” – Şahin Diniyev[/b]
01.10.2016 - 21:10
[b]“Uşaq səhvlərindən qollar buraxdıq” – Şahin Diniyev[/b]

“Oyun gərgin keçdi. İlk hissədə çoxlu qol vəziyyətlərini xərclədik. İkinci hissədə isə komandamız təzyiqə düşdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının VII turunda “Neftçi”nin qonağ olan “Kəpəz” meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Diniyev nəticəni belə şərh edib: “Bizim günümüz deyildi. “Neftçi” qələbəyə layiq idi. Məğlubiyyətin səbəbini özümüzdə axtarmalıyıq. Uşaqlara deyirdim ki, “Neftçi”ni qiymətləndirməmək olmaz. Mənə elə gəlir ki, futbolçularım “Neftçi”ni qiymətləndirə bilmədilər. Uşaq səhvlərindən qollar buraxdıq”.

 

- Tadas Simaitisə əvəzləyici axtarırsızmı?

- Bir oyuna görə futbolçunu hesabdan silmək düzgün deyil. Simaits “Qarabağ”la matçda yaxşı oynadı. Razıyam ki, onun bu gün səhvləri oldu. Amma məğlubiyyəti futbolçunun üstünə atmaq olmaz.

 

- Bəlkə komandanın daxilində nəsə problem var?

- Xeyr. Oyun planında zəif deyilik. Sadəcə, motivasiya, köklənmə cəhətdən problemlərimiz var. Futbolçular “Neftçi”ni lazımınca qiymətləndirmədilər. Belə böyük problemimiz yoxdu. Daha çox çalışmaq lazımdı. Pessimist olmaq yaxşı şey deyil. Bu məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm.

 

- “Neftçi”ni qiymətləndirməməkdə “Qarabağ”la heç-heçənin təsiri oldumu?

- Tamamilə düzdü. Məşqçi üçün ən çətini uğurdan sonra komandanı bir araya gətirməkdi. Burda mənim də günahım var. Nə qədər çalışdım ki, komandanı o heç-heçənin fikrindən çıxarım, çıxara bilmədim. Fərdi söhbətlər aparsam da, xeyri olmadı.

0