[b]“Xəzər”in gücü həvəskarlara çatdı[/b]
24.01.2018 - 20:55
[b]“Xəzər”in gücü həvəskarlara çatdı[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Birinci Divizion təmsilçisi yerli “Kəmərspor” klubu ilə qarşılaşıb.

 

Kəmərdəki “Dr. Fehmi Öncel Stadionu”nda baş tutan oyun “Xəzər”in həvəskar liqa təmsilçisi üzərində əzmkar qələbəsi ilə başa çatıb. Slovakiyalı FİFA referisi Boris Marhefkanın idarə etdiyi oyunda paytaxt klubu 2:1 hesabı ilə üstün olub.

 

Birinci hissədə hesabı açan kəmərlilərə fasilədən sonra “Xəzər”in heyətində dubla imza atan Ramil Həsənov cavab verib.

 

Qeyd edək ki, “Xəzər”in Antalyada daha 3 yoxlama oyunu nəzərdə tutulub. Paytaxt klubu ilk sınağında Almaniyanın “Vakker Nordhauzen” komandasına 0:3 hesabıyla uduzmuşdu.