Topaz Premyer Liqasının IV turunda “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam klubu ilə oyunöncəsi “ağ-yaşıllar”ın heyətində problemlər var.
Ötən tur “Rəvan”la görüşdə qırmızı vərəqə alan Elşən Rzazadə və Adrian Skarlatake “Qarabağ”la qarşılaşmada komandalarına kömək edə bilməyəcəklər.
Yeni transfer, ancaq hələ adı çempionatın iştirak ərizəsinə daxil edilməyən Dieqo Souza isə zədəlidi. Bu səbəbdən braziliyalı yarımmüdafiəçi kollektivlə birgə məşqlərdə iştirak etmir. Əgər “Xəzər Lənkəran”a FİFA tərəfindən kəsilən transfer qadağası “Qarabağ”la oyuna kimi aradan qaldırılsa belə, Souza bu matçda meydana çıxmayacaq. Bu məlumatı saytımıza açıqlamasında cənub klubunun baş məşqçisi Yunis Hüseynov da təsdiqləyib: “Bəli, heyətlə bağlı problemlərimiz var. Elşən və Skarlatake cəzalı olduqları üçün komandamıza kömək edə bilməyəcəklər. Dieqonun isə zədəsi var”.
Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” matçı saat 20:30-da baş tutacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA