Premyer Liqanın debütantı “Zirə” daha bir futbolçu ilə güclənib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı yarımmüdafiəçi Dieqo Qusmao Souzanı heyətinə qatıb.
“Xəzər Lənkəran”ın düşərgəsinə qayıdan, lakin FİFA-nın tətbiq etdiyi transfer qadağasına görə “ağ-yaşıllar”a keçə bilməyən Dieqo “Zirə” ilə 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, bu günlərdə Ruslan Abışov və Vüqar Nadirov da analoji səbəbdən “Xəzər Lənkəran”ı tərk edərək, “Qəbələ” ilə anlaşmışdılar. Cənub klubundan ayrılan digər futbolçu Rəşad Eyyubov isə karyerasını “Kəpəz”də davam etdirəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA