[b]“Zirə” – “Keşlə” matçının məkanı açıqlandı[/b]
16.01.2018 - 12:17
[b]“Zirə” – “Keşlə” matçının məkanı açıqlandı[/b]

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Zirə” növbəti yoxlama matçını yanvarın 19-da “Keşlə”yə qarşı keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın məkanı və başlama vaxtı müəyyənləşib.

 

Paytaxt təmsilçiləri arasındakı görüş Bakıxanov qəsəbəsində yerləşən “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında oynanılacaq. Yanvarın 19-da baş tutacaq oyun 15:00-da start götütəcək.

 

Qeyd edək ki, qış toplanışı çərçivəsində artıq iki yoxlama görüşü keçirən “Keşlə” müvafiq olaraq “Qaradağ Lökbatan” (3:0) və “Neftçi”yə (2:1) qalib gəlib.