[b]“Zirə”nin ilk oyununun saatı açıqlandı[/b]
25.01.2018 - 13:38
“Zirə"nin Antalya toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma saatı açıqlanıb. Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Rumıniyanın yüksək liqa təmsilçisi "Volentaru" ilə yanvarın 27-də baş tutacaq görüş Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Qarşılaşma “The Sensei de Lux” otelinin meydançasında oynanılacaq.
Qeyd edək ki, Antalyaya yanvarın 21-də yollanan “Zirə” Bakıya fevralın 4-də qayıdacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0