[b]“Zirə”nin macarlarla matçının vaxtı müəyyənləşdi[/b]
02.02.2018 - 12:24
[b]“Zirə”nin macarlarla matçının vaxtı müəyyənləşdi[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə”nin son yoxlama görüşünün tarixi bəlli olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi sabah axırıncı dəfə meydana çıxacaq.

 

Baş məşqçi Ayxan Abbasov yetirmələrini “Haladaş”la qarşılaşmada iş başında görəcək. Macarıstan klubu ilə “Arcadia” otelinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə 16:00-da start götürəcək.

 

Qeyd edək ki, “Zirə” Antalya toplanışı çərçivəsində 2 yoxlama matçı keçirib. Bakılılar “Volentaru”ya (Rumıniya - 2:0) qalib gəlib, “Avanqard”a (Rusiya - 0:3) məğlub olublar.