“Zirə”nin bir müddət əvvəl anlaşdığı Jomal Evans Uilyams klubla münasibətlərini rəsmiləşdirib. Bu barədə apasport.az saytına paytaxt təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.
O bildirib ki, hazırda Bakıda olan Trinidad və Tobaqo millisinin yarımmüdafiəçisi bu gün rəsmi sazişə qol çəkib. Abbasov 24 yaşlı hücumameylli futbolçunu mövsümün sonuna qədər Meksika klubu “Mursielaqos”dan icarəyə götürdüklərini vurğulayıb. Lakin Uilyamsın gələn mövsümü də “Zirə”də keçirməsi istisna deyil: “Mövsüm bitdikdən sonra onunla yenidən birillik razılaşa bilərik. Hər şey istədiyimiz kimi olsa, həmin vaxt ya birbaşa transfer edəcəyik, ya da icarəyə götürəcəyik”.
Uilyams qış fasiləsində İbrahim Aslanlı, Elşən Abdullayev, Mirsahib Abbasov və Tellur Mütəllimovu heyətinə qatan “Zirə”nin yeganə əcnəbi transferi olmayacaq. Ayxan Abbasov daha bir neçə əcnəbi ilə anlaşmağa çalışdıqlarını söyləyib: “Bundan sonra yalnız əcnəbi oyunçular gətirməyi düşünürük. Çünki yerli futbolçuların klubları ilə müqavilələri var. Müdafiənin cinahına və hücumameylli yarımmüdafiə xəttinə axtarışlarımız davam edir. Hazırda 3 futbolçuya baxırıq. Onlardan 1 və ya 2-ni yaxın günlərdə transfer edə bilərik”.
Qeyd edək ki, Jomal Evans Uilyams pleymeyker və vinger mövqeyində oynamağı bacarır.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA