[b]“Zirə”nin zədəliləri nə vaxt qayıdacaq?[/b]
07.02.2018 - 15:16
[b]“Zirə”nin zədəliləri nə vaxt qayıdacaq?[/b]

Premyer Liqanın XV turu çərçivəsində fevralın 10-da “Sumqayıt”ı qəbul edəcək “Zirə” matçın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin heyətində ciddi itkilər var.

 

Belə ki, qapıçı Anar Nəzirov və müdafiəçi Jozef Bum kollektiv məşqlərdə iştirak etmirlər. Hələ qış fasiləsindən əvvəl sıradan çıxan adıçəkilən futbolçular hazırda fərdi hazırlıqla kifayətlənirlər.

 

Nəzirovla Bumun ən yaxşı halda 2 həftə sonra kollektivlə birlikdə məşqlərə qoşulması gözlənilir. Bu isə o deməkdi ki, onların həm “Sumqayıt”la, həm də XVI turda “Qəbələ” ilə keçiriləcək matçı buraxacaqları dəqiqdi. Cütlüyün hətta “Neftçi” ilə ayın sonundakı qarşılaşmada iştirakı da sual altındadı.

 

Qeyd edək ki, “Zirə”nin yarımmüdafiəçisi Vüqar Mustafayev və hücumçusu Riçard Qadze sarı vərəqə limitini doldurduqları üçün “Sumqayıt”la oyunu buraxacaqlar.