[b]"Neftçi"dən qələbə, "Zirə" "gümüş"ü təmin etdi - YENİLƏNİB[/b]
15.05.2016 - 19:53
[b]"Neftçi"dən qələbə, "Zirə" "gümüş"ü təmin etdi - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XXXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun bütün matçları eyni gündə keçirilib və eyni saatda başlayıb.

 

Bir neçə tur öncədən ardıcıl 3-cü çempionluğunu təmin edən “Qarabağ” autsayder “Rəvan”ın qonağı olub. Bəhmən Həsənovun yetirmələri Premyer Liqada qalmaq uğrunda çox vacib qələbə qazanıblar. Çempionu məğlub edən "sarı-qırmızılar" əsas rəqibi "Xəzər Lənkəran"ın uduzmasından sonra turnir cədvəlində də bir pillə irəliləyiblər. 

 

Çempionatın digər autsayderi “Xəzər Lənkəran” isə “Sumqayıt”a məğlub olub. Ağadadaş Həmidovun yetirmələri hesabda irəli çıxsa da, sonradan üstünlüyü əldən verib. Bu nəticədən sonra cənublular elitadakı yerini qorumaq üçün son turda "Rəvan"la ölüm-qalım savaşına çıxacaq.

 

Günün diqqətçəkən qarşılaşmalarından biri Masazırda baş tutub. Bakıda keçirilən U-17-lərin Avropa çempionatı ilə əlaqədar, “Əlincə Arena”dan yararlanan “Neftçi” avrokuboklara buraxılmamaq sanksiyası ilə üzləşən “İnter”i məğlub edib. Vəli Qasımovun yetirmələri hesabda geri düşməklərinə baxmayaraq, sonradan 4 qol vuraraq qələbəyə seviniblər. "İnter" artırma dəqiqələrində daha bir qol vursa da, bu, heç nəyi dəyişməyib. 

 

Premyer Liqanın debütantı “Zirə” ilə cari mövsümdə yenidən elitada çıxış edən “Kəpəz”in qarşılaşması da maraqlı keçib. Bu mövsüm "Kəpəz"i məğlub edə bilməyən "Zirə" bu dəfə də ənənəni poza biməsə də, yekunda ona lazım olan nəticəni qazana bilib. Belə ki, Adil Şükürovun yetirmələri əsas izləyicisi ilə bərabərə qalaraq, sona bir tur qalmış xalını 62-ə yüksəldib və gümüş medalları təmin edib. 

 

Cari mövsümdə qeyri-stabil çıxışla yadda qalan “Qəbələ” isə avrokuboklara digər iddialı AZAL ilə münasibətləri ayırd edib. Roman Qriqorçukun yetirmələri 2 cavabsız qolla qələbə qazanıblar. Bu nəticə ilə qəbələlilər bürünc medal şanslarını son tura saxlayıblar. 

 

 

Topaz Premyer Liqası

XXXV tur

15 may (bazar)

 

 

“Rəvan” – “Qarabağ” - 2:1

Qollar: Ramazan Abbasov, 26 (pen.), Elnur Abdulov, 55 - Əfran İsmayılov, 45 (pen.)

Qırmızı vərəqə: Eltun Yaqublu, 25

Bayıl Arena.

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov      

AFFA nümayəndəsi: Eldar Qasımov 

Hakim-inspektor: Əli Hüseynov

 

“Rəvan”: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 11. Elnur Abdulov, 19. Hüseyn Axundov, 17. Ramazan Abbasov (k), 92. Yamin Ağakərimzadə, 8. Məmməd Quliyev, 29. Əziz Quliyev, 4. Kənan Müslümov, 21. Novruz Məmmədov, 3. Saşa Yunisoğlu 
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 13. Cəmşid Məhərrəmov, 16. Orxan Lalayev, 38. Zeki Sinan Akkoyun, 2. Ruslan Tağızadə, 86. Yasin Həmid, 5. Mirkamil Haşımlı
Baş məşqçi: Bəhmən Həsənov

 

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 4. Eltun Yaqublu, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 97. Mahir Mədətov
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 23. Elgün Uluxanov, 31. Salman Cəfərov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Muarem Muarem
Baş məşqçi: Qurban Qurbanov

 

 

“Xəzər Lənkəran” –  “Sumqayıt” - 1:2

Qollar: Tural Qürbətov, 34 (pen.) - Vaqif Cavadov, 65, Amil Yunanov, 80

Xəzər Lənkəran Mərkəzi Stadionu.

Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev       

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Gülağa Cabarov

 

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 35. Elfad Baləhmədov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 12. İlyas Səfərzadə, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 86. Xaqani Sadıqov, 99. Mahsun Qəmbərli

Baş məşqçi: Ağadadaş Həmidov

 

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 27. İsmayıl Babayev, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov
Baş məşqçi: Samir Abasov

 

 

“Neftçi” – “İnter” - 4:2

Qollar: Ruslan Qurbanov, 27, Araz Abdullayev, 33, Elşən Abdullayev, 52, Aylton, 84 - Mirsahib Abbasov, 7, 90+2

Əlincə Arena.

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik  Həsənov

 

“Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Salas Quinta Antonio, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 6. Aylton Silva, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 14. Məhəmməd Qurbanov, 33. Orxan Bəşirov, 61. Təyyar Məmmədov
Baş məşqçi: Vəli Qasımov

 

“İnter”: 79. Giorgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Mirsahib Abbasov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 8. Nizami Hacıyev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 18. Mənsur Nəhavəndi, 22. İlkin Qırtımov, 45. İlkin Sadıqov
Baş məşqçi: Zaur Svanadze

 

 

“Zirə” – “Kəpəz” - 2:2

Qollar: Elvin Məmmədov, 68, Nicat Qurbanov, 90+1 - Orxan Əliyev, 26, Bəxtiyar Soltanov, 75

Zirə İdman Kompleksinin stadionu

Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Arif  Fərəcov

Hakim-inspektor: Murad  Məmmədov

 

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 37. Yovan Krneta, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev (k), 2. Çimezi Mbah, 11. Viktor İqbekoyi, 28. Təmkin Xəlilzadə, 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 9. Nelson Bonilla
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 17. Nicat Qurbanov, 96. Elgün Nəbiyev, 90. Vüsal İsgəndərli, 19. Nurlan Novruzov, 32. Luis Alberto Diez
Baş məşqçi: Adil Şükürov

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 23. Tural Nərimanov, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 19. Orxan Əliyev, 7. Junior Osvaldo, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 27. Bəxtiyar Soltanov, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov, 4. Elvin Cəbrayılov, 80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev

 

 

“Qəbələ” - AZAL - 2:0

Qollar: Asif Məməodov, 20, Aleksey Qay, 86

Qəbələ şəhər stadionu.

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov        

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-İnspektor: Vüsal Əliyev 

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Ermin Zets, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 25. Qismət Alıyev, 34. Urfan Abbasov, 66. Samir Zərgərov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 69. Aleksey Antonov, 97. Roman Hüseynov
Baş məşqçi: Roman Qriqorçuk

 

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 9. Aydın Qasımov
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 11. Ruslan Nəsirli, 63. Seyidrəzi Ağayev, 4. Qvanzav Maqomedov, 88. Mirzağa Hüseynpur, 27. Aleksandr Quruli
Baş məşqçi: Tərlan Əhmədov

 

 

 

1.

Qarabağ

35

25

6

4

63:21

81

2.

Zirə

35

17

11

7

42:30

62

3.

İnter

35

15

11

9

38:28

56

4.

Kəpəz

35

15

11

9

48:39

56

5.

Qəbələ

35

15

11

9

43:28

56

6.

Neftçi

35

13

10

12

40:39

49

7.

AZAL

35

13

7

15

26:35

46

8.

Sumqayıt

35

8

12

15

39:48

36

9.

Rəvan

35

5

8

22

25:61

17

10.

Xəzər Lənkəran

35

3

5

27

14:49

14

 

* - “Rəvan”ın hesabından 6 xal silinib.

 

Bombardirlər: Nelson Bonilla (“Zirə”), Dani Kintana ("Qarabağ") - 14 qol

0