“Kəpəz” daha iki futbolçunun transferini rəsmiləşdirib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.
O bildirib ki, Trinidad və Tobaqodan olan hücumçu Şahdon Vinçesterlə bu gün rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, Meksikanın “Murselyaqos” klubundan gələn 26 yaşlı hücumçu qarşıdakı 6 ayı “Kəpəz”də keçirəcək. Trinidad və Tobaqo millisinin heyətində 23 oyunda 6 dəfə fərqlənən Vinçester bu müddətdə özünü yaxşı tərəfdən göstərsə, mövsümün sonunda onun yeni sözləşməyə qol çəkməsi istisna edilmir.
Antalya toplanışında “Kəpəz”in düşərgəsinə baxışa gələn və özünü doğruldan İqor Korotetski ilə də münasibətlər rəsmiləşdirilib. Ukraynanın “Avanqard” klubundan gələn mərkəz müdafiəçisi də cari mövsümün sonuna kimi nəzərdə tutulmuş saziş imzalayıb.
Qeyd edək ki, “Kəpəz” qış fasiləsində bundan öncə Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov, Sergey Litovçenko, Giuli Manjqaladze, Tərlan Qasımzadə, Dario Frederiko, Tural Nərimanov və Dieqo Souzanı heyətinə qatıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA