[b]"Mourinyodan sonra Poçettinonu görmək istəyərdim" - Nevill[/b]
01.05.2018 - 13:03
[b]"Mourinyodan sonra Poçettinonu görmək istəyərdim" - Nevill[/b]

Hazırda televiziyada şərhçi kimi çalışan “Mançester Yunayted”in sabiq kapitanı Qari Nevill Joze Mourinyoya əvəzedici tapıb. Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, Nevill düşünür ki, portuqaliyalı klubu tərk etdikdən sonra “qırmızı şeytanlar”ın başına “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino keçməlidi.

 

“Mourinyo əla məşqçidi. Ümid edirəm ki, “Mançester Yunayted”də üç il qala biləcək və komandanı əlidolu - titullarla tərk edəcək. Ondan sonra Maurisio Poçettinonu klubda görmək istəyərdim. O, buna layiqdi. Əlindəki resurslardan maksimum nəticə almağı bacarır” – deyə, Nevill bildirib.

 

Qeyd edək ki, Joze Mourinyonun “Mançester Yunayted”lə olan müqaviləsi 2020-ci ilin yayında bitir.