[b]"Qarabağ" vətənə qayıdır[/b]
04.02.2018 - 14:54
[b]"Qarabağ" vətənə qayıdır[/b]

"Qarabağ" Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, ağdamlılar artıq Bakıya yola düşüblər.

 

Yanvarın 9-da toplanışa başlayan Qurban Qurbanovun yetirmələri qonşu ölkədə 6 yoxlama görüşü keçiriblər.

 

"Kuban" (Rusiya - 2:2), "Lexiya" (Polşa - 1:1), "Mladost"la (Monteneqro - 1:1) və "Şkupi" ilə (Makedoniya - 0:0) heç-heçə edən Azərbaycan çempionu "Mariupol"a (Ukrayna) 2:3, “Sarayevo”ya (Bosniya və Herseqovoina) isə 0:2 hesabı ilə məğlub olub.