[b]"Qarabağ"ın istədiyi futbolçu komandasına qələbə qazandırdı[/b]
03.02.2018 - 02:06
[b]"Qarabağ"ın istədiyi futbolçu komandasına qələbə qazandırdı[/b]

"Qarabağ"ın transfer etmək istədiyi Xama Billiat CAR çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, onun komandası "Mamelodi Sandauns" XX turda ən yaxın izləyicisi olan "Kape Taun Siti"nin qonağı olub.

 

Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib və "Mamelodi Sandauns" liderliyini bir qədər də möhkəmlədib. Komandaya 3 xalı qazandıran yeganə qola 48-ci dəqiqədə məhz Billiat imza atıb. 77 dəqiqə meydanda qalan 28 yaşlı forvardın yaxın günlərdə Azərbaycana köçməsi istisna edilmir. Ağdam təmsilçisi fevralın 9-na qədər açıq olan "transfer pəncərəsi" dövründə hücum xəttindəki problemi Zimbabve millisinin üzvü ilə həll etmək niyyətindədi.

 

Qeyd edək ki, bu, Xama Billiatın cari mövsümdə 6-cı qolu olub.