Qış fasiləsində "Səbail"lə yollarını ayıran Adrian Popoviçinin yeni komandasının adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard sabiq komandası “Poli” ilə münasibətləri rəsmiləşdirib.
Bir müddətdi Timişoara klubunun düşərgəsində olan Popoviçi, nəhayət ki, Rumıniya təmsilçisi ilə rəsmi müqaviləyə qol çəkib. Beləliklə o, 2007-2012 və 2013-2017-ci illərdə şərəfini qoruduğu "Poli"də 3-cü dəfə çıxış etmək imkanı qazanıb.
Qeyd edək ki, 2017-18 mövsümünün ilk yarısını ölkəmizdə keçirən Adrian Popoviçi “Səbail”in heyətində 9 Premyer Liqa matçında meydana çıxıb, 1 qola imza atıb.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu