"Sumqayıt” bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda səhər 11:00-da qonşu ölkədə ilk məşqinə çıxıb.
Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. “Sumqayıt” hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb. Komandanın növbəti axşam məşqi isə saat 17:30-da olacaq.
Qeyd edək ki, Antalyada 4 yoxlama oyunu keçirəcək "Sumqayıt" ilk sınaq matçını yanvarın 25-də Polşanın "Poqon" klubuna qarşı keçirəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı