[b]AFFA-nın Hesabat Konfransının vaxtı müəyyənləşdi[/b]
06.02.2018 - 10:04
[b]AFFA-nın Hesabat Konfransının vaxtı müəyyənləşdi[/b]

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbir martın 7-də baş tutacaq.

 

Konfrans saat 10:00-da başlayacaq. Mərasim “Bulvar otel”də təşkil olunacaq.

 

Tədbirdən dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

 

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

 

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

 

Konfransa giriş dəvətnamə ilə olacaq. Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.