[b]AFFA “lipa”yla bağlı qərar verdi[/b]
17.01.2018 - 13:31
[b]AFFA “lipa”yla bağlı qərar verdi[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda futzal üzrə Azərbaycan çempionatının oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

 

İkinci Liqada baş tutan “Gənclik” – “Baker Hughes” matçı əsas müzakirə mövzusu olub. Sonuncuların heyətində lisenziyası olmayan futzalçının iştirak etdiyi aşlarlanıb.

 

“Lipa”dan yararlanması “Baker Hughes”ə 0:5 hesablı texniki məğlubiyyət bahasına başa gəlib.

 

Bundan başqa, eyni liqada keçirilən “Avanqart” – “Baku Fire-2” matçında qırmızı vərəqə alanların məsələsinə baxılıb. “Avanqart”ın üzvü Rufin Sarıyev və “Baku Fire-2”nin oyunçusu Fərrux Əliyev hərəyə 1 oyun cəzalanır.