[b]AFFA milliyə rəqib tapdı[/b]
25.01.2018 - 15:16
[b]AFFA milliyə rəqib tapdı[/b]

Azərbaycan millisinin yoxlama oyunlarındakı daha bir rəqibi bəlli olub. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamız Makedoniya millisi ilə qarşılaşacaq.

 

Bu barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub. Razılaşmaya görə görüş martın 27-də baş tutacaq. Matç Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

 

Qeyd edək ki, yığmamız yanvarın 30-da Moldova ilə üz-üzə gələcək.