[b]AFFA rəsmisi UEFA seminarında[/b]
23.01.2018 - 14:44
[b]AFFA rəsmisi UEFA seminarında[/b]

Bu gün İsveçrənin Lozanna şəhərində seminar keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA-nın təşkilatçılığı ilə baş tutacaq tədbirdə Avropa futbol qurumunun üzvü olan milli assosiasiyaların mətbuat xidməti rəhbərləri iştirak edəcək.

 

Seminar UEFA Millətlər Liqası turnirinə həsr olunacaq.

 

Tədbirə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla da qatılacaq.