[b]Almaniyanın ən yaxşısı odur[/b]
19.01.2018 - 22:24
Almaniyada ötən ilin ən yaxşı futbolçusunun kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, Almaniya Futbol Federasiyasının azarkeşlər arasında keçirdiyi sorğudan sonra bəlli olub.
Səsvermədə hər kəsi qabaqlayan Coşua Kimmix birinci olub. “Bavariya”nın müdafiəçisi 45.3% səs toplayıb.
İkinciliyi Yulian Draksler əldə edib. PSJ-linin səs faizi 37.8%-ə bərabərdi.
İlk üçlüyü 4.7% səslə “Barselona”nın qapıçısı Mark-Andre Ştegen qapayıb.
Qeyd edək ki, sorğuda 52 min 761 azarkeş iştirak edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0