[b]Ansi Aqolli Ermənistanda oynamayacaq[/b]
09.10.2015 - 08:00
[b]Ansi Aqolli Ermənistanda oynamayacaq[/b]

“Qarabağ”ın futbolçusu Ansi Aqolli AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi IX turun Serbiya ilə ev matçının iştirakçısı olub.

 

Final mərhələsində birbaşa vəsiqə qazanmaq üçün qalib gəlməli olan meydan sahibləri bu görüşdə 0:2 hesabı ilə uduzub. Start heyətində meydana çıxan Aqolli 90 dəqiqə meydanda olub.

 

Qarşılaşmanın 79-cu dəqiqəsində sarı vərəqə ilə cəzalanan müdafiəçi bununla da cəzalı duruma düşüb. Bunadək Serbiya və Danimarka ilə səfər matçlarında da xəbərdarlıq alan Ansi turnirdə 3-cü dəfə sarı vərəqə görüb.

 

Nəticədə futbolçu üçün seçmə mərhələ başa çatıb. Çünki cəzalı duruma düşən Aqolli komandasını sonuncu turun Ermənistanla vacib oyununda iştirak edə bilməyəcək. Final mərhələsinə birbaşa vəsiqə qazanmaq üçün İrəvanda qalib gəlməyə borclu olan Albaniya yığmasına belə əhəmiyyətli matçda kömək etməyəcək müdafiəçi yalnız pley-off və ya Fransa-2016-da meydana çıxacaq.