Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin zədəsi sağalıb. Apasport.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun formasını geyindiyi “Anortosis” klubu rəsmi saytı vasitəsilə yayıb.
Bildirilir ki, zədə ucbatından Kipr çempionatının XXII turunda “Paphos”la dünənki səfər görüşünü buraxan 26 yaşlı cinah oyunçusu bərpa prosesini geridə qoyub. “Omoniya” ilə növbəti tur matçına hazırlıqlara başlayan “Anortosis”də Abdullayev də kollektivlə məşqdə iştirak edib.
Qeyd edək ki, “Anortosis” – “Omoniya” qarşılaşması fevralın 7-də keçiriləcək. Araz Abdullayevin komandası hazırda 47 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu