[b]Arazsız “Anortosis” evdə məyus oldu[/b]
07.02.2018 - 21:01
Kiprin I Divizionunda XXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.
Famaqusta təmsilçisi dogma meydanda “Omonia” ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Uzun müddətdi zədəli olan Abdullayev bu oyunda da komandasının heyətindən kənarda qalıb.
Qeyd edək ki, 23 oyundan sonra aktivində 47 xal olan “Anortosis” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0