Karyerasını “Başakşəhər”də davam etdirəcək Arda Turanın müqavilə şərtləri bəlli olub. Apasport.az saytının məlumatına görə, “Barselona”nın keçmiş üzvü yeni klubunda icarə əsasında çıxış edəcək.
Onunla 1.5+1 il müddətinə müqavilə bağlanıb. Artıq hər iki tərəf keçidi rəsmən elan edib. Kataloniya klubundan verilən açıqlamada bildirilib ki, futbolçunun başqa kluba keçid haqqı hələ də onlardadı. Amma “Başakşəhər”də oynadığı müddət yarımmüdafiəçinin bütün maaşını istanbullular ödəyəcəklər.
Arda “Barselona”da illik 4.5 milyon avro qazanırdı.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Turan bir müddət “Manisaspor”da icarədə olmuş, 2011/12 mövsümündə “Atletiko”ya, 2015/16 mövsümündə isə “Barselona”ya keçmişdi. O, Türkiyə yığmasında 100 oyun keçirib və 17 qola imza atıb.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb