“Yığma komandamızın son vaxtlar uğurlu çıxışı bizi xeyli ümidləndirib”. Bunu apasport.az saytına milli komandamızın sabiq müdafiəçisi Arif Əsədov deyib.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – İtaliya oyunu barədə fikir bildirən 45 yaşlı mütəxəssis komandamızın güclü rəqibdən xal alacağına inandığını söyləyib: “Robert Prosineçkinin gəlişindən sonrakı irəliləyiş göz önündədi. Düzdü, İtaliya millisinin heyətlə bağlı problemləri var. Amma onlar istənilən heyətlə güclü komandadılar. Bizim millimizdə də özünəinam yüksək səviyyədədi. Şəxsən mən ən azı heç-heçə edəcəyimizə inanıram. Komandamıza uğurlar arzu edirəm”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu saat 21:00-da başlayacaq.