[b]Avropada 50-ci oyun[/b]
03.02.2018 - 15:40
[b]Avropada 50-ci oyun[/b]

Futzal üzrə AVRO-2018-in final mərhələsinin İspaniya ilə qarşılaşması Azərbaycan millisi üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, sabahkı görüş komandamızın qitə çempionatlarında 50-ci matçı olacaq.

 

Yığmamız yubiley oyununadək keçirdiyi 49 qarşılaşmada 23 qələbə qazanıb, 9 heç-heçə edib. Millinin hesabında yalnız 17 məğlubiyyət var.

 

Qitə çempionatlarının final və seçmə mərhələlərində 177 qol vuran yığmamız öz qapısından 80-ni buraxıb.

 

Qeyd edək ki, millimizin Avropa çempionatlarında keçirdiyi 49 oyundan 13-ü final, 36-sı seçmə mərhələsinə təsadüf edib.