Avstraliya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu posta Bert van Marveyk gətirilib.
Məlumatı Avstraliya Futbol Federasiyasının rəsmi saytı yayıb. Hollandiyalı çalışdırıcı bu postda komandanı DÇ-2018-in final mərhələsinə çıxaran, noyabrda isə yığmadan ayrılan Angelos Postekoğlunu əvəzləyib.
Bert van Marveyk isə Səudiyyə Ərəbistanı millisinə mundiala vəsiqə qazandırsa da, federasiya rəhbərliyi ilə yeni müqavilə məsələsində razılığa gələ bilməmişdi.
Qeyd edək ki, 65 yaşlı məşqçi bundan öncə “Feyenoord”, “Borussiya” (Dortmund) və “Hamburq” klublarını, həmçinin Hollandiya yığmasını çalışdırıb. Onun rəhbərliyi altında “narıncılar” DÇ-2010-da ikinci yeri tutublar.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı