[b]AZAL birini itirdi, ikisi təhlükədə[/b]
26.10.2015 - 11:53
[b]AZAL birini itirdi, ikisi təhlükədə[/b]

Topaz Premyer Liqasının IX turu daha bir futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Neftçi”ni qəbul edən AZAL Tagim Novruzovu itirib.

 

Belə ki, milliləşən legioner mövsümdə 4-cü dəfə sarı vərəqə alıb. Bu da onun cəzalı duruma düşməsinə səbəb olub. Novruzov iki gündən sonra “Qəbələ”yə qarşı səfərdə keçiriləcək matçı buraxmalıdı.

 

Onun iki komanda yoldaşı isə təhlükənin bir addımlığına düşüb. Belə ki, “ağ-qaralar”la qarşılaşmada sarı vərəqə alan Nuqzar Kvirtiya və Rail Məlikov 3-ə çatıb. Bu isə o deməkdi ki, onlar cəzalı duruma Qəbələdəki matçda düşə bilər.

 

Oktyabrın 28-dəki görüşdə ehtiyatlı oynamalı olan bu futbolçuların rəqibi olacaq Ruslan Abışov da eyni durumdadı. Yığmamızın müdafiəçisi də artıq 3 dəfə xəbərdarlıq aldığından cəzalı durumun bir addımlığındadı.

 

0