[b]Azərbaycan – İtaliya oyununun hakimləri açıqlandı[/b]
07.10.2015 - 12:29
[b]Azərbaycan – İtaliya oyununun hakimləri açıqlandı[/b]

Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində keçirəcəyi son ev oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da İtaliyaya qarşı Bakıda keçiriləcək matçı şotlandiyalı baş hakim idarə edəcək.

 

Belə ki, Bakı Olimpiya stadionundakı görüşdə Villiam Kollum fit çalacaq.

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

10 oktyabr

21:00. Azərbaycan – İtaliya

Baş hakim: Villyam Kollum (Şotlandiya)

Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)

Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Alastair Mater (Şotlandiya)

Hakim-inspektor: Marinus Kopman (Holalndiya)

UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)

Bakı. Olimpiya stadionu