Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək. Apasport.az saytının məlumatına görə, buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub.
Məsələ burasındadı ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb. Lakin həmin gün Prezident seçkiləri keçiriləcəyindən, Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etmək məcburiyyətində qalacaq.
Bunu əməkdaşımızla söhbətində qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib. O, bildirib ki, məsələ ilə bağlı müzakirə aparılacaq.
Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA