[b]Azərbaycan yığması Çili ilə qarşılaşacaq[/b]
09.04.2014 - 11:46
[b]Azərbaycan yığması Çili ilə qarşılaşacaq[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, komandamız XI beynəlxalq "Delle Nazioni" turnirinə qatılacaq.

 

Aprelin 23-dən mayın 2-dək keçiriləcək yarışda 12 komanda mübarizə aparacaq. Turnirin qrup oyunları Avstriyada, yarımfinal oyunları Avstriya və Sloveniyada, final oyunu isə İtaliyada keçiriləcək.

 

Artıq turnirin püşkatma mərasimi də keçirilib və təqvim müəyyənləşib. Yığmamız Çili, Xorvatiya və Yaponiya ilə B qrupunda çıxış edəcək.

 

A qrupu: Braziliya, İsrail, İtaliya, Zambiya

B qrupu: Azərbaycan, Çili, Xorvatiya, Yaponiya

C qrupu: Çin, Meksika, Sloveniya, ABŞ

 

25 aprel

Çili - Azərbaycan
 

26 aprel

Azərbaycan - Xorvatiya
 

27 aprel

Yaponiya - Azərbaycan

 

Mənbə: affa.az