Lionel Messi və Neymarın cari mövsümün əvvəlində zədələnməsi “Barselona”nı hücumçu axtarışına sövq edib. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya klubu ön xətdəki alternativləri artırmaq niyyətindədi.
“Barsa”nın transfer etmək istədiyi oyunçulardan biri də “Toronto”nun üzvü Sebastian Covinkodu. Hazırda İtaliya yığmasının heyətində Bakıda olan 28 yaşlı oyunçu özü də Avropaya qayıtmaq niyyətindədi. ABŞ-da əla mövsüm keçirən Covinkonun həm hücumda, həm də cinahlarda oynamağı bacarması “Barselona”nı bu keçidə daha da həvəsləndirir. Danışıqlar müsbət nəticələnsə, Covinko qış fasiləsində İspaniyaya köçəcək.
Qeyd edək ki, Covinko bu mövsüm MLS liqasında geridə qalan 31 turda 21 qola imza atıb.