[b]Bezotosnı dayandırıldı – 915 dəqiqədən sonra[/b]
15.10.2016 - 17:10
[b]Bezotosnı dayandırıldı – 915 dəqiqədən sonra[/b]

Dmitri Bezotosnının quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, mövsümdə ilk qolu Topaz Premyer Liqasının VIII turunda buraxan “Qəbələ”nin ukraynalı qolkiperini “İnter”in futbolçusu Ağabala Ramazanov məyus edib. Gənc hücumçu 48-ci dəqiqədə hesabı açmaqla seriyanı qırıb.

 

İlk 7 turda və ötən mövsümün son 2 matçında qol buraxmayan Dmitri ardıcıl 9 quru oyundan sonra topu qapısında görüb. Onun seriyası 915 dəqiqə sürüb.

 

Ötən mövsümün XXXIV turunun “Qarabağ”la matçının 32-ci dəqiqəsində Dani Kintananın qoluna məyus olan Bezotosnı mayın 11-dən sonra ilk dəfə top buraxıb. Bu seriya 157 gün davam edib.

 

Qeyd edək ki, ukraynalı Azərbaycan çempionatları tarixində 7-ci, “Qəbələ” tarixində 2-ci nəticəyə imza atıb.

0