“Mamelodi Sandauns”un hücumçusu Xama Billiatın “Qarabağ”a keçidi baş tutmaya bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı CAR mətbuatı yayıb.
Bildirilir ki, 28 yaşlı forvardın hazırkı komandasında qalmaq şansı daha yüksəkdi. Klub rəsmisi Tulani Tusva Zimbabve millisinin üzvünü göndərməyə hazırlaşmadıqlarını söyləyib: “Billiat bizimlədi. Bu səhər də məşqə çıxıb. Onu hələ ki, heç yerə buraxmırıq”.
Həmkarlarımız “Mamelodi Sandauns”un Billiatı saxlamaqla yanlış addım atdığını düşünürlər. Çünki komandası ilə yeni sazişə razılıq verməyən hücumçunun müqavilə müddəti yayda bitir və həmin vaxt o, azad agent statusuna malik olacaq. Billiatın meneceri isə futbolçunun Avropaya yollanmaq arzusunun hələ də qaldığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda qış “transfer pəncərəsi” fevralın 9-da bağlanır.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu