[b]Xama Billiatın taleyinə aydınlıq gəldi[/b]
04.02.2018 - 19:42
[b]Xama Billiatın taleyinə aydınlıq gəldi[/b]

Uzun müddətdi "Qarabağ"ın transfer gündəmində olan Xama Billiatın gələcək aqibəti bəlli olub. Apasport.az saytının CAR mətbuatına istinadən məlumatına görə, "Mamelodi Sandauns"un forvardı Azərbaycana köçməyəcək.

 

Bildirilir ki, karyerasını Avropada davam etdirmək niyyətində olan Zimbabve millisinin üzvü bu üzdən CAR-ın digər klubu "Orlando"nun təklifini qəbul etməyib. Lakin onun "Qarabağ"la danışıqlarının müsbət nəticələnmədiyi də vurğulanıb. Bunda "Mamelodi Sandauns"un yüksək məbləğdə təzminat tələb etməsi böyük rol oynayıb.

 

Komandası ilə yeni müqavilə imzalamağa da razılıq verməyən 28 yaşlı futbolçu yayda azad agent statusu daşıyacaq və həmin vaxt istənilən komandaya havayı keçə biləcək.

 

Qeyd edək ki, Afrika ölkələrində "transfer pəncərəsi" bağlansa da, Azərbaycanda son gün fevralın 9-udu.