[b]Bir tarixin 9 ulduzu[/b]
05.02.2018 - 13:04
[b]Bir tarixin 9 ulduzu[/b]

Bu gün bir neçə futbol ulduzu üçün əlamətdar gündü. Apasport.az saytının məlumatına görə, fevralın 5-də dünya futbolunun 9 tanınmış üzvü anadan olub.

 

Madrid “Real”ının portuqalıyalı hücumçusu Kriştianu Ronaldo 1985-ci ilin məhz bu günündə dünyaya göz açıb. O, 33 yaşını qeyd etdiyi halda, PSJ-nin braziliyalı forvardı Neymar 26 yaşını tamamlayır.  

 

Argentinalılar - Karlos Tevez (1984) və Rodriqo Palasio (1982), həmçinin “Beşiktaş”ın keçmiş yarımmüdafiəçisi Manuel Fernandes (1986) də bu gün doğulanlar sırasındadı. Fevralın 5-də anadan olan ən gənc tanınmış futbolçu isə Belçika millisinin üzvü Adnan Yanuzaydı (1995).

 

Futbolçu karyerasını bitirənlərdən Covanni van Bronxorst (1975) və Georgi Haci (1965) də fevralın 5-də ad gününü qeyd edir.

 

Əfsanəvi müdafiəçi Çezare Maldini isə yaşasaydı, bu gün 86 yaşını tamamlayacaqdı.