[b]Bolinyaya şərik çıxdı[/b]
06.02.2018 - 01:55
[b]Bolinyaya şərik çıxdı[/b]

Sloveniyada keçirilən futzal üzrə AVRO-2018-in 1/4 final mərhələsinin ilk iki oyunundan sonra bombardirlər cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsindən sonra 3 qolla siyahıya başçılıq edən milli komandamızın üzvü Bolinyaya şərik çıxıb.

 

Belə ki, 1/4 finalın Serbiya ilə oyununda komandasının 3 qolundan birinə imza atan Qazaxıstan yığmasının üzvü Duqlas Junior qollarının sayını 3-ə çatdırıb və Bolinyaya çatıb.

 

Rusiya millisinin heyətində bir dəfə fərqlənən Eder Lima isə 2 qolu olan oyunçulara çatıb. Rikardinyo, Pedro Kari, Bruno Koelyo (hamısı Portuqaliya), Taras Korolişin və Pyotr Şoturma (hər ikisi Ukrayna) kimi oyunçular isə bombardirlərdən sadəcə bir top geri qalırlar.