[b]Bolqarıstan – Azərbaycan matçının hakimləri bəlli oldu[/b]
08.10.2015 - 23:37
Avropa Çempionatı – 2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Azərbaycan qarşılaşmasının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, matçı macar hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Tomaş Boqnar olacaq. Ona həmyerliləri Peter Beretyan və Qabor Eros yardımçı olacaqlar.
Matçın 4-cü hakimi isə Teodoros Georgiu olacaq.
90 dəqiqə boyunca Boqnara əlavə köməkçi hakimlər qismində İşvan Vad və Jolt Şabo kömək edəcəklər.
0
0