Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın X turunda baş verənlər müzakirə olunub.
“Qarabağ” – “Səbail” matçının 43-cü dəqiqəsində qırmızı vərəqə alan Ansi Aqolli 1 oyun cəzalanıb. Albaniyalı Ağdam klubunu 200 ziyana salıb.
“Neftçi” – “Sumqayıt” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə ödəyəcək.
“Zirə” – “Qəbələ” oyununda 7 üzvü sarı vərəqə ilə cəzalanan meydan sahiblərinin də cəriməsi eyni olub.
Bu matçın 43-cü dəqiqəsində “Qəbələ” futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Komitə rəqibi vuran yarımmüdafiəçini 3 oyun cəzalandırıb. “Qəbələ” isə 2400 manat cərimələnib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA