Dünya futbolunda elə ulduzlar var ki, karyeraları ərzində Çempionlar Liqasında (ÇL) final üzü görməyiblər. Apasport.az saytı xəbər verir ki, bəziləri də çox oyun keçirməsinə baxmayaraq, komandasının həlledici matçda qələbəsinə kömək edə bilməyib.
Məsələn, karyeralarının son illərini yaşayan Zlatan İbrahimoviç və Canluici Buffon kimi əfsanələr ÇL-in kubokunu başları üzərinə qaldırmağa müyəssər olmayıblar. “Çelsi”nin unudulmaz kapitanı Con Terrinin qızıl medalı olsa da, o, 2012-ci ildə diskvalifikasiya üzündən həlledici görüşü buraxıb.
Quti isə “Real”la 3 dəfə (1998, 2000, 2002) ÇL-in finalına qədər irəliləyib. Ancaq maraqlıdı ki, o, həmin finalların heç birində meydana ayaq basmayıb. 2002-ci ildəki final görüşündə iştirak ərizəsinə salınmasına baxmayaraq, baş məşqçi ispaniyalıya ehtiyac duymayıb.
Almaniyalı Mixael Ballak iki fərqli komandanın heyətində final sevinci yaşasa da, nə “Bayer” (2002), nə də “Çelsi” (2008) ilə çempionluğu bayram edə bilib.
Ən çox oyun keçirib finalda qələbə üzü görməyənlər:
124 oyun - Zlatan İbrahimoviç (“Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”)
121 oyun – Canluici Buffon (“Parma”, “Yuventus”)
111 oyun – Con Terri (“Çelsi”)
109 oyun – Aleksandr Şovkovski (“Dinamo” Kiyev)
108 oyun – Sesk Fabreqas (“Arsenal”, “Barselona”, “Çelsi”)
107 oyun – Roar Stran (“Rusenborq”)
99 oyun – Quti (“Real”)
97 oyun – Sergey İqnaşeviç (“Lokomotiv”, MOİK)
97 oyun – Maksvell (“Ayaks”, “İnter”, “Barselona”, PSJ)
96 oyun – Mixael Ballak (“Kayzerslautern”, “Bayer”, “Bavariya”, “Çelsi”)
Çempionlar Liqasında bombardirlər yarışında yer alan futbolçuların da hamısı kuboku qazanmağa nail olmayıb. Məsələn, Rud van Nistelroy heç vaxt bu maneəni aşa bilməyib. Karyerasını davam etdirənlərdən Zlatan İbrahimoviç, Robert Levandovski, Serxio Aquero və Edinson Kavani kimi məhsuldar oyunçuların hələ də bu siyahıdan çıxmaq şansları var.
Ən çox qol vurub finalda qələbə üzü görməyənlər:
60 qol – Rud van Nistelroy (PSV, “Mançester Yunayted”, “Real”)
49 qol – Zlatan İbrahimoviç (“Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”)
43 qol – Robert Levandovski (“Borussiya” Dortmund, “Bavariya”)
36 qol – Serxio Aquero (“Atletiko”, “Mançester Siti”)
32 qol – David Trezege (“Monako”, “Yuventus”)
31 qol – Edinson Kavani (“Napoli”, PSJ)
31 qol – Sergey Rebrov (“Dinamo” Kiyev)
31 qol – Rivaldo (“Barselona”, “Milan”, “Olimpiakos”, AEK)
29 qol – Roy Makay (“Deportivo”, “Bavariya”)
28 qol – Ernan Krespo (“Parma”, “Latsio”, “İnter”, “Çelsi”, “Milan”)
28 qol – Mario Jardel (“Porto”, “Qalatasaray”)
28 qol – Jan-Pyer Papen (“Olimpik”, “Milan”, “Bavariya”)
“Yuventus”un formasını geyinmiş 3 futbolçu – Canluici Buffon (2003, 2015, 2017), Paolo Montero (1997, 1998, 2003) və Alessio Takkinardi (1997, 1998, 2003) 3 dəfə Çempionlar Liqasının final matçında iştirak etməsinə baxmayaraq, hər birində məğlubiyyətə düçar olub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA