[b]Çorluka yığmamızla görüşdən danışdı[/b]
08.10.2015 - 13:42
[b]Çorluka yığmamızla görüşdən danışdı[/b]

“Azərbaycan və Norveçlə son iki seçmə oyununda qalib gələ bilməməyimizi “qara zolağ”a düşməyimizlə izah edərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Vedran Çorluka deyib.

 

29 yaşlı müdafiəçi AVRO-2016-nın seçmə mərhələsinin Bolqarıstanla oktyabrın 10-da keçiriləcək oyunu öncəsi müsahibə verib. Çorluka sentyabrda Azərbaycan (0:0) və Norveçlə (0:2) qarşılaşmalarda üzləşdikləri uğursuzluqlardan da danışıb: “Bakıdakı qarşılaşmada bizə cəmi 1 qol lazım idi. Bu da bütün oyunu qələbə ilə başa vurmaq üçün kifayət edəcəkdi. Həmin qarşılaşma haqda başqa söhbətlər isə cəfəngiyatdı. Hətta “Real”ın da 4 oyunda 10 xal itirdiyi vaxt olub. Bununla özümüzə bəraət qazandırmıram. Norveçlə matçda isə ümumiyyətlə dəqiq ötürmə belə verə bilmirdik. Komandamızı anlaşılmaz qorxu hissi də bürümüşdü. Vəziyyəti düzəltmək üçün baş verənlərdən dərs çıxarmalıyıq”.

 

Qeyd edək ki, Vedran Xorvatiya yığmasında 83 oyun keçirib, 4 qol vurub.

0